Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev həmkarını təbrik etdi

Baxılıb: 7317     Tarix: 26-03-2026 14:37   

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu ünvanlayıb.

Qanunvehedef.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar