Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Quska" ilk dəfə buna görə həbs edilmişdi - Milli Məclisdə əlbəyaxa döyüş - VİDEO

Baxılıb: 949     Tarix: 23-04-2018 12:27   

Uzun müddətdir Almaniyadan siyasi sığınacaq alaraq sözügedən ölkədə yaşaan sabiq millət vəkili, "Quska" ləqəbli biznesmen Hüseyn Abdullayev Türkiyədə ikən həbs olunaraq Azərbaycana gətirilib.
Yayılan məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev artıq istintaqa təhvil verilib.
Qeyd edək ki, Hüseyn Abdullayev ilk dəfə 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra ikincinin hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, 2013-cü ilin yayında da Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bundan sonra sabiq millət vəkili dövlətlər arası və beynəlxalq axtarışa verililib.
"Quska"nın ilk dəfə həbs olunmasına səbəb olan əlbəyaxa davanın videosunu təqdim edirik:
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar