Xəbər lenti
12/08/2025 [10:10]
Neft yenidən bahalaşdı
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Türkiyədə hotellərdə “açıq bufet” ləğv edilə bilər

Baxılıb: 818     Tarix: 12-08-2025 15:43   

Türkiyə rəhbərliyi hotel və restoranlarda “açıq bufet” formatından imtina etməyi nəzərdən keçirir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” yayıb.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı müzakirələr ölkədə qida israfı ilə mübarizə fonunda aparılır.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası sözügedən məsələ ilə bağlı hesabat hazırlayır. Bu hesabat isə daha sonradan dövlət başçısına təqdim ediləcək. Növbəti mərhələdə isə sənəd müvafiq müəssisələrə təqdim ediləcək.
Qeyd olunub ki, təşəbbüs parlamentə qədər gedib çıxarsa, ölkə rəhbərliyi bir neçə yeni dəyişiklik qəbul edə bilər. Məsələn, restoranlarda “all inclusive” (hər şey daxil) formatı “à la carte” ilə əvəzlənə bilər. Bu format isə müştərinin istehlak edə biləcəyi qədər qida sifariş etməsini nəzərdə tutur.
Ölkənin İsrafçılıqla mübarizə fondunun məlumatına görə, Türkiyədə hər il təqribən 23 milyon ton məhsul atılır.

Qanunvehedef.azшаблоны для dle 11.2