Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Kazımov Harvard məzununu özünə müşavir təyin etdi - Foto

Baxılıb: 692     Tarix: 08-08-2025 12:02   

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bəhruz Balayevi özünə müşavir təyin edib.
Qanunvehedef.az xəbər verir ki, bu braədə AMB məlumat yayıb.
Qeyd edək ki, Bəhruz Balayev 1983-cü ildə Lənkəranda anadan olub. O 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr dərəcəsində bitirib. 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr təhsili alıb, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb, 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2014-cü ildə Prezident yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi əldə edib.
B.Balayev əmək fəaliyyətinə 2002-ci ildə Bakıda “Hyatt Hotels”də başlayıb, 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb, 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik etmişdir.
O, AMB-də fəaliyyətə ötən il iyulun 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb.
Əlavə edək ki, yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

 
Qanunvehedef.azшаблоны для dle 11.2