Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezident AYB-nə məktub ünvanladı

Baxılıb: 783     Tarix: 11-08-2025 12:33   

Azərbaycan Yazıçılar Birliyinin katibliyi Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident.
Qüdrətli liderliyiniz sayəsində qazanılan və 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda – Ağ Evdə imzalanmış taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik.
Sonsuz sevinc və qürur hissi ilə bildiririk ki, bu tarixi nailiyyət Müzəffər Ali Baş Komandanı olduğunuz qalib Azərbaycan Ordusunun gücü və fədakarlığı ilə 2020-ci ildə Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfərimizin, 2023-cü ildə uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının siyasi-diplomatik meydanda davamı və beynəlxalq miqyasda qətiyyətlə təsdiqlənməsidir.
Sarsılmaz əzm və iradənizin, gərgin zəhmətinizin bəhrəsi olan bu yeni qələbəniz doğma Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz altında daha da güclənərək çiçəklənməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda böyük liderlərə xas uzaqgörənliyiniz, uğurlu təşəbbüsləriniz nəticəsində ərsəyə gələn bu mühüm razılaşmalar regionumuzda dinc birgəyaşayışa və rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir.
Azərbaycan xalqını, həmçinin, bütün sülhsevər, tərəqqipərvər qələm adamları kimi, bizi qəlbən sevindirən, dərindən ruhlandıran bu parlaq nailiyyət münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, qətiyyətli, məqsədyönlü liderlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirik!
Dərin hörmətlə,
Azərbaycan Yazıçılar Birliyinin Katibliyi:
Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi".

Qanunvehedef.azшаблоны для dle 11.2