Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dəhşətli qətlin detalları - "İllərdir birlikdə çörək yeyirlər"-Video

Baxılıb: 853     Tarix: 12-08-2025 12:37   

Bakının Nəsimi rayonunda baş verən dəhşətli qətlin detalları ortaya çıxıb.
"Qafqazinfo" xəbər verir ki, 34 yaşlı İsgəndər Əliyevin yaşadığı evdə otaq yoldaşları Fazil Feyzullayev və Ülvi Abasov tərəfindən amansızlıqla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Qonşuların sözlərinə görə, ilkin olaraq mərhumun qardaşları onun yaşadığı ünvana gedərək yoxa çıxması barədə sakinlərə məlumat veriblər:
"İllərdir birlikdə çörək yeyirlər, işləyirlər. Niyə belə hadisə baş verib bilmirəm. İsgəndər yaxşı adam idi. Qardaşları gəldi mənimlə görüşüb dedilər ki, dayı İsgəndər itib".
Onların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxslər qurbanın mobil telefonunu da iz itirmək üçün Ağsuya aparıblar.
Ətraflı "Baku TV"nin süjetində:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar