Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“İlham Əliyevlə qürur duyuram” - Trampdan tarixi açıqlama

Baxılıb: 816     Tarix: 08-08-2025 09:46   

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı avqustun 8-i Ağ Evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Bu iki xalq illərdən bəri müharibə aparır və bu, minlərlə insanın ölümünə gətirib çıxarıb. İndiyədək əksər liderlər bunu bitirməyə çalışsalar da, nəticə vermədi. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp bildirib.
O, avqustun 8-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ Evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb.
Tramp bildirib ki, Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq: “Böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün seçim etdiklərinə görə bu cəsarətli liderlərlə qürur duyuram. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar