"Bu il özəl şirkətlərdə də əmək haqqı artacaq"-RƏY
Baxılıb: 508 Tarix: 07-01-2020 20:53
2019-cu ildə Azərbaycanda inflyasiyanın cəmi təxminən 2,3 faiz həddində olmasına baxmayaraq, keçən il dövlət sektoru işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artmışdır. Bu təşəbbüs özəl sektoru da əhatə edəcəkmi? Əgər belədirsə, o zaman iqtisadiyyatın hansı sahələrində əmək haqqlarının ən əhəmiyyətli artımını gözləmək olar və niyə?
Mövzu ilə bağlı deputat Aydın Hüseynov acıqlamasında bildirib ki, inflyasiya 3%-i keçmədi. Əslində inflyasiyanın həddinin çox olacağını proqnozlaşdıranlar da var idi. Çünki əmək haqqı, təqaüdlər artırılıb və bu kimi sosial paketlərə bütövlükdə 2.3 milyard vəsait cəlb olunub. Əlbəttə, bunun inflyasiya doğuracağı ilə proqnozlar deyilirdi amma olmadı. Çünki atılan addımlar və humanitar siyasətin özü düzgün qurulmuşdu. Bildiyiniz kimi, 2019-cu ildə cənab prezident İlham Əliyev tərəfindən çox böyük sosial paketin icrasının şahidi olduq. Digər tərəfdən, valyuta ehtiyatlarımız artdı, xarici ticarət dövriyəsində saldo müsbət oldu və manatımız stabil qaldı. Yeni ildə isə təxminən 4,6% inflyasiya proqnozlaşdırılır. Proqnozlaşdırılan inflyasiya yeni büdcə qaydalarına əsasən, məhz büdcə tərtib olunarkən inflyasiya nəzərə alınır. Yəni gələn ildə də əmək haqqlarının təxminən 15, 5% artacağı artıq bizə məlumdur. Çünki bu büdcədə nəzədə tutulub və burada inflyasiya da nəzərə alınıbdır. Ona görə də əmək haqqlarının 15%-dən çox , inflyasiyanın isə təxminən 4% civarında olması, bu o deməkdir ki, gələn ildən inflyasiya əhalinin pul gəlirlərini və əmək haqqını üstələməyəcək. Digər tərəfdən əmək haqqı dövlət büdcəsi təşkilatlarında çalışanlar üçün artandır və bu öz təsirini özəl sektorda da göstərir. Minimum əmək haqqının artırılmasında dövlət sektoru ilə yanaşı, özəl sektora da öz müsbət təsirini göstərdi. Bununla da biz dəqiq olaraq 2020-ci il üçün əmək haqqlarının büdcə təşkilatları üçün 15,5% və eləcə də digər sahələrdə, özəl sektorda əmək haqqlarının artacağı proqnozlaşdırılır. Çünki, həm büdcəmiz, həm də iqtisadi potensialımız artır. Qeyri-neft və sənaye sektorunda daha çox uğurlar əldə etmişik. Bütün bunları nəzərə alaraq gələn il əmək haqqlarının artacağı və inflyasiyanın isə əmək haqqlarının gəlirlərindən dəfələrlə aşağı olacağını biz çox inamla deyə bilərik".
Ən çox oxunanlar
Son xəbərlər