Əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun məbləği açıqlandı
Baxılıb: 684 Tarix: 22-01-2020 09:49
2019-cu ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6 faiz üstələyərək 39,4 milyard manata bərabər olub.
Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 20,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2 faiz və 4,0 faiz artıb.
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21,0 faizi ticarət müəssisələri, 52,0 faizi fərdi sahibkarlar tərəfindən, 27,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz artmış, bazar və yarmarkalarda isə 7,6 faiz azalıb.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları alınıb.
Ən çox oxunanlar
Son xəbərlər