Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

YARDIM KİMLƏRƏ VƏ NECƏ EDİLMƏLİDİR? - "Hökumət hər bir ailəyə, fərdə yönəlik dəstək paketi qəbul etməlidir”

Baxılıb: 799     Tarix: 01-04-2020 08:48   

Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi dünən - martın 31-dən daha da gücləndirilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı bildirilib.
Xatırladaq ki, Azərbaycanda təqribən 5 milyon civarında olan əməkqabiliyyətli insanların rəsmi şəkildə 2 milyondan az bir hissəsinin günəmuzd fəaliyyət göstərdiyi bildirilir. Müstəqil ekspertlərin hesablamalarına görə, ölkədə təxminən 1.5 milyon nəfər müqaviləsiz çalışır. Bu, ölkədə kölgə iqtisadiyyatının həcmini göstərir. Özəl sektorun əhəmiyyətli bir hissəsi dövlət uçotundan kənarda qalır ki, bu da hər il on milyonlarla manatın vergidən, sosial müdafiə xərclərindən kənarlaşması deməkdir.
Prezident kölgə iqtisadiyyatına qarşı mübarizəni əsas hədəf göstərdi


Prezident İlham Əliyev dünən İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu problemin üzərində xüsusi ilə dayanıb. Dövlət başçısı qəti tapşırıq verib ki, kölgə iqtisadiyyatı ləğv olunmalı, onu himayə edən məmurlar cəzalandırılmalıdır: "Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".
İbrahim Məmmədov qeydiyyatda olmayan işçilərə dəstək paketi olacağını açıqladı


Pandemiyanın yaratdığı böhran şəraitində hökumətin açıqladığı “xilas” paketində qeydiyyatsız çalışanların necə dəstəklənəcəyi barədə məlumat verilməyib. Amma Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, pandemiyanın yaratdığı durumla əlaqədar Azərbaycanda yeni sosial paket təsdiqlənəcək. Onun sözlərinə görə, pensiyada olanlar, yaranmış vəziyyətlə bağlı işdən və təhsildən azad edilən insanlar evdə otursalar, günəmuzd işlə məşğul olan insanların işləməsinə rahat şərait yaratmış olarlar: "Amma onlar bunu etmirlər. Ona görə də dövlət məcbur olur ki, daha çox qaydaları sərtləşdirsin. Mümkündür ki, bu, gündəlik işlə məşğul olub ailəsinə ruzi aparan insanların da haradasa hərəkətlərini məhdudlaşdırır. Amma onu da qeyd edim ki, dövlət onları nəzərə alır. Çox tezliklə, yəqin ki, aprelin ilk günlərində hökumət həm fiziki, həm hüquqi şəxslər, həm də sosial müdafiəyə ehtiyacı olan qrupların sosial müdafiəsi ilə bağlı təklifləri qəbul edərək təsdiqləyəcək”.
İqtisadçı Nemət Əliyev hər ailəyə, fərdə dəstəyin vacib olduğunu deyir


İqtisadçı Nemət Əliyev də “Azadlıq” radiosuna müsahibəsində deyib ki, ölkədə müqavilə ilə işləyən insanların sayı 1 milyon 700 min nəfərdən bir az çoxdur: «Həmin 1 milyon 700 min nəfərin də 900 min nəfərdən bir az çoxu dövlət sektorunda, qalan hissəsi isə özəl sektorda çalışır. Onların da böyük hissəsi artıq koronavirus pandemiyası ilə bağlı evdə oturmağa məcburdur. Dövlət də onların itkilərini kompensasiya etməyi hədəfləyib».
Ölkədə əməkqabiliyyətli əhalinin sayının 5 milyon nəfərdən bir az çox olduğunu deyən ekspert vurğulayıb ki, qeyri-leqal günəmuzd işləyənlərin sayı isə 3 milyon nəfərdən bir az çoxdur: «Odur ki, ilk növbədə bunlara yardım edilməlidir. Əks halda, bunun fəsadları həddən artıq böyük olacaq. İnsanların böyük hissəsi rəsmi şəkildə iş yerləri olmadıqlarına, rəsmi müqavilə ilə işləmədiklərinə görə sosial müdafiə tədbirlərindən kənarda qalacaq. Bu isə istənilən halda yolverilməzdir».

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar