Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Axtarışda olan hindistanlı cinayətkar - Bakıda saxlanıldı

Baxılıb: 328     Tarix: 13-10-2025 10:09   

Dehlidə bir sıra cinayətlər törətməkdə təqsirləndirilən Rəşid Kablevala adlı şəxs Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Times of India” portalı yayıb.
Bildirilib ki, axtarışda olan Kablevala İstanbuldan Bakıya gələrkən saxlanılaraq Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verilib.
Onun saxlanılmasına səbəb kimi isə səyahət sənədlərində uyğunsuzluqların olması göstərilib.
Məlumata əsasən, Hindistanın müvafiq qurumları hazırda Kablevalanın ölkəyə qaytarılması istiqamətində çalışırlar.
Həmçinin qeyd olunub ki, həmin şəxsin Bakıda həbs edilib-edilmədiyi, yaxud nəzarət altında saxlanıldığı məlum deyil.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar