Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Payızda növbəti devalvasiya ola bilərmi?- AÇIQLAMA

Baxılıb: 768     Tarix: 30-07-2020 11:33   

Son bir neçə gündür ki, sosial şəbəkələrdə payız aylarında növbəti devalvasiya olacağı ilə bağlı iddialar səsləndirilir. Payız aylarında növbəti devalvasiya ola bilərmi?
Bununla bağlı danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki,
Azərbaycanda manatın kursu uzan məzənnə ilə tənzimlənmir.
Dövlət manatın kursunun müxtəlif inzaibati vasitələrlə tənzimləyərək sabit saxlamağa çalışır. Ona görə də bu kursu götürüb. 2015-ci ildən sonra kurs dəyişib və 2017-ci ildən başlayaraq kurs yenilənib. Həmin kursa yenidən qayıdılıb. Ona görə də mən iqtisadçıların növbəti devalvasiya baş verəcəyi ilə bağlı fikirlərinə bir qədər şübhə ilə yanaşıram. Dövlət o zaman devalvasiyaya gedir ki, ehtiyatlar sürətlə əriməyə başlayır. Ölkənin maliyyə ehtiyatları minumum səviyyə çatanda dövlət devalvasiyaya getmək qərarına gəlir.
Artıq təhlükə dövrü arxadadır. Neftin qiymətinin bərpa edilməsi ilə bağlı olaraq ölkədə gəlirlərin sabitlənməsi dövrüdür. Qarışıda pandemiyanın 2-ci və 3-cü dalğası olsa belə yanvar ayından bu günə kimi əldə edilən təcrübə onu göstərir ki, pandemiya səbəbi ilə yenidən karantin elan etmək, dünyada bütün iqtisadiyyatı bağlamaq halı bir daha təkrarlanmayacaq.
Buna görə də neftin qiyməti bir daha aşağı düşməyəcək. Neftin qiyməti aşağı düşməyəcəksə Azərbaycan ehtiyatları əriməyəcək. Belə olan halda da devalvasiyaya ehtiyac duyulmayacaq. Mən mütəxəssis olaraq devalvasiyanın olmasını gözləmirəm".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar