Deputat Lənkəranda fermer təsərrüfatında olub
Baxılıb: 656 Tarix: 23-04-2018 13:50
Milli Məclisin Əmək və Sosial- Siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda aqrar sahədə fəaliyyət göstərən bir qrup seçicisi ilə iş başında görüşüb.
Modern.az xəbər verir ki, Millət Vəkili prezidentİlham Əliyevin qeyri-neft sektoruna qoyulan investisiyalardan, aqrar sahənin inkişafı üçün verilən bir sira sərəncamlardan geniş söhbət açmış, əkinçilərin yaz qayğıları ilə maraqlanmış, özünün bir sira tövsiyələrini verib.
Deputat onu da qeyd etmişdir ki, prezident İlham Əliyev cənabları kənd təsərrüfatı işçiləri qarşısında mühüm vəzıfələr qoyub və onlar üçün hər cür şərait yaradılması, əlaqədar təşkilatlara tövsiyə olunub.
Bu gün “Aqrolizinq” təşkilatı tərəfindən texnikaların 40% güzəştlə verilməsi, pul-kredit bazarında kənd təsərrüfatı işləri ilə məşqul olanlar üçün yaradılmış şərait xüsusi vurgulanıb. Dövlət tərəfindən yaradılmış şərait və Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının maneəsiz çıxarilması fermerləri həvəsləndirir, rayonda çayçılığın, sitrusçuluğun, tərəvəzçıliyin və digər əməktutumlu aqrar sahələrin inkişaf etdirilməsinə stimul yaradır.
Əkinçilərdən Səxavət Əliyev, Şairə Mirzəyeva, Natavan İbadova və digərləri üçün illərlə ata-babalarının miras qoyduğu və onlar üçün də əziz olan torpaqda çalışmaq və məhsul yetişdirmək çox maraqlı və səmərəlidir.
Görüş zamanı fermerlər rayonda və respublikada sahibkarlıgın inkişafı üçün yaradılmış münbit şəraitə görə razılıq edib, bu diqqət və qayğı üçün ölkə başçısina öz dərin minnətdarliqlarını bildiriblər.

Ən çox oxunanlar
Son xəbərlər