Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nərimanovun “Nadanlıq” dramının müasir mənzərəsi ədibin adını daşıyan kənddə

Baxılıb: 568     Tarix: 23-05-2022 13:26   

Uşaqlar bizim gələcəyimizdir. Məktəbəqədər təhsil müəssisələri, bağçalar uşaqların ailədən cəmiyyətə inteqrasiyası yolunda ilkin mərhələdir. Burada yol verilə biləcək hər hansı əyinti sonradan dərin fəsadlara yol aça bilər. Təbii və anlaşılandır ki, valideynlər övladlarının taleyinə heç bir başqa şəxslə müqayisə edilməyəcək dərəcədə həssas yanaşır, uşaqlarına müəssisə rəhbərlərindən, tərbiyəçilərdən qayğı göstərilməsini umurlar.Əlbəttə, əgər uşağını hər hansı bir məktəbəqədər təhsil müəssisəsinə yerləşdirməyə ehtiyac duyan valideyn həmin müəssisədə uşaqlara qayğı sarıdan işlərin yaxşı getmədiyi barədə məlumata rast gəlibsə, fikrindən vaz keçəcək. Yaxud, uşağın adı körpələr evində, başğaçada getsə də, valideyn işə çıxanda belə hər fürsətdə imkanı daxilində öz övladını daha etibarlı, daha qayğıkeş saydığı qohum-qonşularına etibar edəcək. Kənd yerlərində uşaq müəssisələrində davamiyyətin aşağı olması çox vaxt məhz bu amillə izah olunur.Saatlı rayonunda ezamiyyətdə olarkən, Nərimanov kənd körpələr evi - uşaq bağçasının müdirəsi Tehranə Dadaşovanı yerində tapmadıq. Nə uşaqlar, nə də kollektiv üzvləri gözə dəymirdi. Yalnız bağçanın tərbiyəçilərindən iki nəfərin pəncərənin pərdəsini aralayıb oğrun-oğrun çölə baxdıqlarının şahidi olduq.
Yeri gəlmişkən, eyni vəziyyətlə Elvin Rəcəbovun rəhbərlik etdiyi M.Mehbalıyev adına Nərimanov kənd tam orta məktəbində də qarşılaşdıq. Halbuki, hazırda pandemiya ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi səbəbindən şagirdlərin dərsə davamiyyətinin aşağı olmasını heç cür koronavirus yayılması təhlükəsi ilə əlaqələndirmək olmaz.  Dərs ilinin sona yaxınlaşması da ciddi arqument sayıla bilməz. Demək, məktəb rəhbərliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir ki, burada oxumaq uşaqlara cazibədar görünmür.
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış Nəriman Nəcəf oğlu Nərimanov məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi idi. N.Nərimanovun həyatında onun pedaqoji-maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. Onun tərbiyə haqqındakı fikirləri içərisində diqqəti cəlb edən cəhətlərindən biri də verilən tərbiyənin tamlığını və ardıcıllığını tələb etməsidir. N.Nərimanova görə, tərbiyəçi tərbiyə işində ardıcıl olmalı, uşağa verilən tələblərdə natamamlığa yol verməməlidir. Utancverici haldır ki, Nərimanovun adını daşıyan kənddə istər məktəbəqədər, istərsə də məktəb yaşlı uşaqların təlim-tərbiyəsi işi acınacaqlı vəziyyətdədir. Nərimanov əgər müasirimiz olsaydı, özünün məşhur “Nadanlıq” dramını məhz bu kəndin uşaq bağçasına və məktəbinə baxıb yazardı.
Ümid edirik ki, bu məsələni ictimailəşdirməklə, əlaqədar instansiyaların problemi araşdırmasına, ölçü götürəcəklərinə nail ola biləcəyik.

“Qanun və Hədəf”
шаблоны для dle 11.2