Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Naxçıvan Bank”ın yeni sahibləri bilindi

Baxılıb: 562     Tarix: 08-06-2023 10:09   

Ölkədə yeganə regional bank olan “Naxçıvan Bank” ASC-nin Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi olaraq bilinsə də, bank qanunvericiliyin müvafiq maddəsini pozaraq mülkiyyətçilərini gizli saxlayırdı.
Qanunvehedef.az xəbər verir ki, bankın 2022-ci il üzrə hesabatında onun səhmdarları açıqlanıb.
Məlum olub ki, 31 dekabr 2022 və 2021-ci illər tarixinə bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub.
Hesabata əsasən bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %,  Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub.

Hesabatda, həmçinin göstərilir ki, artıq 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər.
Bankın səhmlərinin yeni mülkiyyətçiləri isə Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Bankın ölkədə 7 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Qanunvehedef.azшаблоны для dle 11.2