Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Komitə sədri: "Bu il Azərbaycanda ÜDM-in artım tempi azalacaq"

Baxılıb: 369     Tarix: 08-06-2023 13:18   

Bu il bütün dünyada və Azərbaycanda ÜDM-in artım tempinin azalması gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.
Onun sözlərinə görə, ÜDM-in artım tempinin Azərbaycanda aşağı olması məntiqə uyğundur: "Bu dünyada gedən prosesdir. Amma bu büdcə daxilolmalarına təsir edən amillərdən biridir".
T. Mirkişili bildirib ki, dünyada baş verən proseslər fonunda Azərbaycanda büdcə gəlirləri 3 milyard manatdan çox artırılır: "Ölkəmizin qarşısında çox ciddi çağırışlar var".
Qeyd edək ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü il üzrə ÜDM-in nominal həcmi 111,6 milyard manat (ilkin proqnoz 106 milyard manat idi), real artım 1,8 % (2,7 %) səviyyəsində qiymətləndirilir.
O cümlədən qeyri-neft ÜDM-nin nominal həcmi 77,7 milyard manat (ilkin proqnoz - 73,3 milyard manat), real artım 4,9 % (4,5 %) səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6 % təşkil edib, o cümlədən qeyri-neft sektoru 9,1 % artıb.

Qanunvehedef.azшаблоны для dle 11.2