Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şahdağa qar yağdı - Faktiki hava

Baxılıb: 592     Tarix: 23-06-2023 09:34   

İyunun 23-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub.
İyunun 22-də axşam saatlarında Şahdağa  qar yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 44, Göygöldə 34, Şəkidə  30, Daşkəsəndə 32, Qəbələdə 26, Gəncədə 25, Balakəndə 23, Gədəbəydə 19, Oğuzda 18, Qaxda 16, Tovuz, Qrız, Ceyrançöldə 12, Mingəçevir, Şahdağ, Qusar, Şəmkir, Naftalan, Şərur, Quba, Ağdam, Tərtər, Ağstafa, Naxçıvan, Şahbuz, Sədərək, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Lerikdə 8 mm–dək olub.
İyunun 22-də saat 20:00-da Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.
Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.
İyunun 22-də şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Şabranda 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu iyunun 22-də iqlim normasından 1 dərəcə aşağı  olaraq Bakı, Abşeron yarımadası və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 16, Aran rayonlarında 30 dərəcəyədək isti təşkil edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking