Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Qarabağ və Şərqi Zəngəzurda neçə əcnəbi işləyir? - RƏSMİ CAVAB

Baxılıb: 679     Tarix: 08-12-2023 12:20   

İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir.
Bu barədə trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Bildirilib ki, bu istisna 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir:
"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək.
01.12.2023-cü il tarixinə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir".  
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar