Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir

Baxılıb: 9113     Tarix: 27-01-2026 15:23   

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Nocomment.az-a onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.

“Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyacan siqnalı verilir”, - T. Tağıyeva söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.

Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.

Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar