Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi

Baxılıb: 937     Tarix: 25-06-2026 15:34   

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydaları əlavə edilib.

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə yeni maddə də əlavə olunub. Həmin maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Dövlət başçısının imzaladığı Fərmanla Nazirlər Kabineti iki ay müddətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni, altı ay müddətində isə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını müəyyən edərək Azərbaycan Prezidentinə məlumat verməlidir.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar