Dövlət kreditlərin hansı hissəsini və necə ödəyəcək? - Detallar
Baxılıb: 1 044 Tarix: 28-02-2019 14:36
Prezidentin bu fərmanı əsas borcu 10 min dollara qədər olan kreditlərə şamil edilir və bir nəfərə ümumi yardımın məbləği 5 min dolları keçməyəcək.
Bu sözləri Qanunvehedef.az-a Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ilkin olaraq fərman ancaq fiziki şəxslərə və dollarla krediti olan şəxslərə aid edilir:
“Bu fərman ancaq devalvasiya nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətin öz üzərinə müəyyən öhdəlik götürməsidir. Formul olaraq iki əsas ana xətt var. Birincisi, kreditlərin ana məbləği, yəni ilkin götürülmüş məbləğ 10 min dollardan çox olmayan kreditlərə aid edilir. Yəni fərman 10 min dollara qədər kredit götürmüş vətəndaşlara aid edilir. İkincisi, ödəniləcək yardımın – dəymiş ziyanın kompensasiyası da 5 min dolları keçməməlidir. Yəni fərman götürdüyü kreditin məbləği - əsas borcu - 10 min dollardan yuxarı olan vətəndaşlara aid edilmir və borcların faizlərlə 5 min dollarlıq hissəsi dövlət tərəfindən ödənilir. Formul olaraq 0,78 - 0,79 məzənnə ilə götürülən kreditlər xatırlayırsınızsa, birinci devalvasiyaya qədər 1,05 qəpik oldu. Bunun da ana borcu qalıb, yəni götürülən ana borc 0,78 məzənə ilə ödənilməlidir. Ancaq devalvasiya nəticəsində manatla artan borc təqribən 25 qəpik olub. Bu 25 qəpik dövlət tərəfindən ödəniləcək”.
Ekspert birinci devalvasiyadan sonra, ikinci devalvasiyaya qədər olan kredit borclarına da aydınlıq gətirib:
“Bu zaman rəsmi məzənnə 1,55 qəpik oldu. Birinci devalvasiya ilə ikinci devalvasiya arasında 10 min dollara qədər kredit götürmüş vətəndaşların məzənnə fərqi - yəni 60 qəpiyi yenə dövlət tərəfindən ödəniləcək. Yəni ana borc 1,05 qəpikdən ödəniləcək, məzənnədən yaranan borc - 60 qəpiklik hissəni isə dövlət öz üzərinə götürəcək. Ancaq burada yenə vətəndaşa ediləcək yardımın məbləği 5 min dolları keçməməlidir. Bunun üçün dövlət büdcəsindən vətəndaşların borclarını ödəmək üçün banklara və kredit təşkilatlarına təqribən 900 milyon manata yaxın vəsait ayrılacaq. Bu borc yalnız fiziki şəxslərə, 1 və 2-ci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə aid ediləcək. İkinci devalvasiyadan sonra valyuta ilə götürülmüş kreditlərə isə bu fərman aid edilmir. Yəni ikinci devalvasiyadan sonra kredit götürənlər borclarını həmin məzənnə ilə və indiki şərtlərlə də geri qaytaracaq”.

Ən çox oxunanlar
Son xəbərlər