Xəbər lenti
18/08/2025 [13:22]
Sabah hava necə olacaq?
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın etmiş şəxslər saxlanılıb

Baxılıb: 349     Tarix: 25-04-2018 12:03   
Gürcüstanın Kaspi rayonunun Ferma kəndində yaşayan Allahverdiyevlər ailəsinin evinə silahlı basqın etmiş şəxslər saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, həyata keçirilmiş operativ əməliyyat-istintaq tədbirləri nəticəsində 1969 və 1986-cı il təvəllüdlü şəxslər Ağayan kəndində saxlanılıb.

Saxlanılan şəxslərin birinin evində axtarış zamanı narkotik vasitə və lüləsi kəsik ov tüfəngi aşkar olunub. Cinayətkar dəstə üzvlərinin oğurladıqları qızıl və digər əşyalar müsadirə olunub. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Allahverdiyevlər ailəsinin evinə aprelin 24-də gecə saatlarında silahlı basqın olub. Ailə üzvlərinə silahla hədə-qorxu gəlmiş basqınçılar evdən 5 min lariyə yaxın pul və zinət əşyaları aparıblar.  шаблоны для dle 11.2