Xəbər lenti
22/01/2021 [10:53]
Bakı nefti ucuzlaşdı
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Putin Qarabağda möhkəmlənir, “marionetini” isə… - Erməni KİV

Baxılıb: 361     Tarix: 01-12-2020 15:12   

Putinə iqtisadi və daxili siyasi problemlər girdabına düşən zəif Ermənistan lazımdır. O, NATO-nun planlarına qarşı çıxmaq üçün Qarabağ bölgəsində möhkəmkənmək istəyir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenian Report” nəşri məqalə dərc edib.
“Putin Ermənistanda hakimiyyətə Kremlin marionetini gətirmək istəyir, məhz buna görə hakimiyyətin dəyişməsinə nail olmağa çalışır. Onun başqa planları da var. Bu çərçivədə qeyd etmək lazımdır ki, NATO Rusiyanın Belarus və Qarabağda fəallaşmasını görməyə başlayıb. Təsadüfi deyil ki, bu məsələ dekabrın 1-dən 2-dək NATO-ya üzv ölkələrin nazirlərinin müzakirə mövzularından biri olacaq. “Rusiyanın Belarus və Dağlıq Qarabağdakı münaqişələrin həllində vasitəçi kimi güclü iştirakını görürük”, deyə dünən NATO-nun baş katibi bildirib”, — məqalədə qeyd olunub.
Müəllif vurğulayıb ki, hazırda hər şey yaxşı görünür, amma vəziyyət dəyişə bilər:
“Bildiyimiz kimi, NATO nümayəndəliyində 30 ölkə mövcuddur. Rəsmi nümayəndələrdən əlavə bir neçə ölkə qurumun üzvlük üzrə fəaliyyət planına uyğun davranaraq, nümayəndə seçilə bilər. Bu çərçivədə NATO-nun qərargahında texniki səviyyədə razılığa gəlinib ki, Gürcüstan hətta sabahdan NATO-dan dəstək görə bilər. Bundan başqa, çoxları Tiflisin üzvlük üzrə fəaliyyət planının tələblərini əhəmiyyətli dərəcədə yerinə yetirdiyi, yaxın perspektivdə isə Gürcüstanın alyansın 31-ci üzvü olacağı barədə iddialar irəli sürür. Bu vəziyyət, şübhəsiz ki, Rusiya tərəfindən müqavimətlə qarşılanacaq. Ona görə də Rusiya NATO-nun planlarını pozmaq üçün Qarabağda möhkəmlənmək istəyir”.шаблоны для dle 11.2