Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
19/08/2025 [11:26]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
19/08/2025 [11:14]
Bu rayonlar qazsız qaldı
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Ermənistanı QORXUYA SALDI - İrəvan rəhbərliyi TƏCİLİ TOPLANDI

Baxılıb: 713     Tarix: 24-04-2018 20:58   
 Serj Sarkisyanın istefasından sonra baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
İclasda müdafiə naziri Viqen Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, baş nazirin müavini Armen Qevorkyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qeorqi Kutoyan, polis rəisi Vladimir Qasparyan və baş qərargah rəisi Movses Akopyan iştirak edib. İclasın gözlənilməz və təcili çağırıldığı deyilir.
Karen Karapetyan iclasda Dağlıq Qarabağ münaqişəsindən danışıb və cəbhədə hərəkətliyin olmasından narahatlığını dilə gətirib.
O, iddia edib ki, Azərbaycan tərəfi cəbhə xəttinə əlavə texnika və canlı qüvvə toplayır.
Karapetyan Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma DQR rejiminin "prezidenti" Bako Saakyanla görüşdüyünü də dilə gətirib. Karapetyan Viqen Sarkisyana ordunu ayaqda saxlamaq tapşırığı verib. Daha sonra iclasda digər məsələlər müzakirə olunub.
Karapetyanın Təhlükəsizlik Şurasının iclasını çağırması və Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün hərəkətə keçməsi haqda qorxulardan danışması İrəvanda ciddi təşvişin olduğunu göstərir.
İclasla bağlı mediaya sızan məlumatlarda Karapetyanın müdafiə nazirinə ön cəbhədə müdafiəni gücləndirmək tapşırığını verdiyi də deyilir.//sonxeber.azшаблоны для dle 11.2