Xəbər lenti
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

5 saylı Doğum Evinin mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru Zeynəb Hüseynovaya təşəkkür məktubu Hüseynovlar ailəsindən ünvanlandı

Baxılıb: 832     Tarix: 19-05-2020 08:17   
 
-Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri 5 saylı Doğum Evinin mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru yüksək elmi biliklərə və praktik təcrübəyə malik
Dr. Zeynəb Hüseynovadan gedir.

-Azərbaycanın hər bir bölgəsindən gələn xəstələr Zeynəb həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
-Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
 -Redaksiyamıza gələn məktublar arasında Bakı şəhərinin bir qrup sakini 5 saylı Doğum Evinin mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru Zeynəb Hüseynovaya təşəkkür edib, Qanunvehedef.az.saytına göndərdikləri məktubda Zeynəb həkimin bacarıqlı həkim olmasından söz açılır, dəqiq müayinəsi ilə yüzlərlə xəstədə ginekoloji xəstəliklərin vaxtında aşkar etdiyinə görə ölümün pəncəsindən qurtardığını və onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. “İnsanlara təyin etdiyiniz dəqiq müayinə sağlam həyat bağışlanılmasına səbəb olan Zeynəb həkm. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, sağlam ömür bəxş edilməsinə səbəb olan Zeynəb həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.

Bir qrup Bakı şəhəri sakinləri adından

- Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.

Daha bir təşəkkür məktubu Hüseynovlar ailəsindən ünvanlandı: 

Hörmətli redaksiya! “5 saylı Doğum Evinin mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru Zeynəb Hüseynova məni əməliyyat masasından geri göndərdi. Zeynəb həkim mənim mələyimə çevrildi. Yumurtalığımda olan kistalalara qarşı mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim tez bir zamanda məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. Sən ana ola bilərsən xəbərini eşidəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Zeynəb Hüseynovaya güvənməyi məsləhət görürəm. Əzizim Zeynəb həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi həkimlərə o qədər ehtiyacları var. Sizinlə hər görüşdə öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər.

- Biz də “Qanunvehedef”.az xəbər portalının rəhbərliyi adından bu yolda sizə böyük uğur və nailiyyət arzulayırıq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
{sape_links}{sape_article}