“Azeri Light” (CIF) markal neftin qiyməti 100 dolları ötdü
Baxılıb: 1011 Tarix: 26-11-2026 10:45

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,4% artaraq 100,34 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 96,13 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















