Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zahir Abbasov - Gözəl təbbəssümün qarantı

Baxılıb: 2 200     Tarix: 02-08-2020 13:17   
  

  Hazırda dünyada ən çox marağın olduğu tibbi sahələrdən biri də stomatologiyadır. Sözügedən sahəyə marağın olması tam təbiidir. Çünki insanlar hər zaman gözəl görünməyə çalışırlar. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmizdə də tibbin bu sahəsinə böyük maraq var. .. Keçək əsas məqsədə uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan A Dent Stomatoloji Klinikanın həkim-stomatoloqu Zahir Abbasov haqqındadır şərhimiz. 
  Redaksiyamıza daxi olan məktubların birində Zahir həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı. Zahir həkim ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir. Mən də öz övladımı Zahir həkimin qəbuluna aparanda uşağın dişləri çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək :
   Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Zahir həkimin peşəkar stomatoloq olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Zahir həkimin qəbulunda olan şəxs kabinədən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir.
     
 Biz KİV nümayəndəsi olaraq, sorğu apardığımız zaman bir orta yaşlı qadın bizə yaxınlaşıb dedi: -Xahiş edirəm söylədiklərimizi qeyd edəsiniz. Adım Gövhərdir. Yaş keçdikcə dişlərimin çoxu artıq tökülmüşdü. Qalan 7-8 diş həm yeməkdə məni harahat dir və həm də ağzım eybəcər görünürdü. Ətrafdakılar çox desə də, mən az eşidirdim və həkimə getməyə tərəddüd edirdim. Nəhayət rəfiqəm məni həkim-stomatoloq Zahir Abbasovun qəbuluna gətirdi. Zahir həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir.Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıyaeyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir. Ağrısız-acısız qısa vaxtda gördüyünüz bu saf-inci dişlərə sahib oldum və ömrüm boyu çəkdiyi zəhmətə görə Zahir həkimə minnətdaram. Sizə öz ailəmizin adından dərin təşəkkürümüzü bildirmək istəyirəm! Sizin mükkəmməl işləriniz sayənizdə bizlərə gözəl təbbəsüm bəxş etdiniz.
      Təşəkkür edirəm doktor, əlləriniz var olsun!
      Zahir həkimlə əlaqə:
     Tel: 077 314 60 64
     050 314 60 64


 
    шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar