Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İbrahimbəyovun qalmaqallı filmində şok xəritə - Foto

Baxılıb: 945     Tarix: 25-05-2018 13:50   

“Rüstəm İbrahimbəyovun filmində nə var” deyənlər filmin giriş hissəsindəki xəritəyə diqqət yetirsinlər.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev şəxsi Feysbuk səhifəsində yazıb. O, yazıçı R.İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminin təxribat xarakterli olmasını sübut edən amilə diqqət çəkib:
“Qarabağ Ermənistanın rənginə uyğun formada, Azərbaycandan ayrı bir ərazi kimi göstərilir. Və xəritənin üzərində “1988-ci ildə Dağlıq Qarabağ öz müstəqilliyini elan etdi” cümləsi yazılıb. Amma dünya bilir ki, müharibəni başladan Ermənistandır və torpaqları işğal edib. Yəni bu xəritə filmin mahiyyətini tam açır”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar