Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”

Baxılıb: 1013     Tarix: 06-11-2026 09:34   

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinin “çox yaxın” olduğunu və bu anlaşmanın təkcə Ukrayna ilə məhdudlaşmayıb bütün Avropa regionunu əhatə edə biləcəyini bəyan edib.

Qanunvehedef.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Rusiya Prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyib.

Qeyd olunub ki, bu təmas birinci xanım Melaniya Trampın vasitəçiliyi ilə Ukraynanın Oleşki şəhərində əldə edilmiş lokal atəşkəs razılaşmasını qeyd etmək məqsədilə təşkil olunub. Sülh danışıqlarının detallarını tam açıqlamayan ABŞ dövlət başçısı gözlənilən sazişin miqyasının böyük olacağını vurğulayıb.

Mülki şəxslərə hücumlar və müharibənin gedişatı ilə bağlı məsələyə toxunan Tramp hər iki tərəfin itkilər verdiyini bildirib: “Mən bu məsələni həmişə gündəmə gətirirəm. Bu, qanlı bir qırğındır və buna son qoyulmalıdır. Düşünürəm ki, biz müharibəni tezliklə, bəlkə də, çox tezliklə dayandıra biləcəyik”.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar