Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Çin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Baxılıb: 984     Tarix: 06-11-2026 11:45   

Çin Azərbaycanla süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsi aparmaq niyyətindədir.

Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

Səfir bildirib ki, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycanın süni intellekt də daxil olmaqla, qlobal idarəetmə məsələlərində mövqeləri yaxındır:

“Azərbaycan Çinin bu sahədə irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, süni intellekt üzrə potensialın artırılması məqsədilə yaradılmış beynəlxalq əməkdaşlıq platformasında iştirak edir”.

Lu Mey qeyd edib ki, Azərbaycan nümayəndələri təcrübə mübadiləsi üçün dəfələrlə Çində keçirilən seminarlara və tədbirlərə qatılıblar:

“İki ölkənin süni intellekt sahəsində əməkdaşlığı qarşılıqlı üstünlüklərə və geniş perspektivlərə malikdir. Çin bu istiqamətdə təcrübəsini Azərbaycanla bölüşməyə və birgə fəaliyyət göstərməyə hazırdır”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar