Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Sabah”ın futbolçusu Norveçdə qalmaqala səbəb oldu - “Qəsdən etdim”

Baxılıb: 932     Tarix: 06-11-2026 10:35   

“Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə 1:4 uduzduqları matçda qalmaqala səbəb olub.

Qanunvehedef.az xəbər verir ki, həmin oyunda Norveç klubunun futbolçuları komanda yoldaşlarının zədələnməsindən sonra topu auta çıxarıb.

Daha sonra Puxaç feyr-pleyə əməl etməyərək topu rəqibə qaytarmayıb. 27 yaşlı futbolçunun bu davranışı norveçli azarkeşlərin narazılığına səbəb olub. Onlar həmin dəqiqədən etibarən Puxaçın hər hərəkətini fitə basıblar. Bundan başqa onun matçdan sonra verdiyi açıqlama daha çox qalmaqala səbəb olub. Puxaç hərəkətini qəsdən etdiyini və üzr istəməycəyini bildirib.

O, norveçli jurnalistin sualına belə cavab verib: “Bəli, bunu qəsdən etdim. Məni komandamın qələbəsi maraqlandırır”.

Norveç mətbuatı isə hələ də Puxaçı tənqid edir.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar