Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

5 min illik tariximizi əks etdirən roman dərc edildi

Baxılıb: 918     Tarix: 06-11-2026 14:51   

Tədqiqatçı alim Zaur Əliyev və tədqiqatçı Məhbubə Cəfərin həmmüəllifi olduğu Azərbaycanın 5 min illik dövlətçilik tarixinə işıq tutan “Güzgüdən keçən tarix” romanı nəşr olunub.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, romanda Azərbaycanın qədim arealı olan Qobustan, Gəmiqaya, Əshabi-Kəhf sirri, Əlincə qalası və Azıx mağarası avtoxton türk damğalarından başlayaraq, xalqımızın dövlətçilik ənənəsi bədii dillə araşdırılır.

Kitabda qədim dövrlərin daşlaşmış kitabələri, ulu əcdadlarımızın piktoqram və mixi yazı sistemləri, neolit inqilabından başlayan dövlətçilik simvollarımız bədii dillə araşdırılır, Zərdüştün fəlsəfəsi, “Avesta”nın ilkin qatları, qədim dövrlərin düşüncələrindən yaranan metafizika, böyük fatehlərin bəşər tarixində buraxdıqları dərin və silinməz izlər təsvir olunur:

“Massaget hökmdarı Tomris ananın Kirə qarşı savaşı, Albaniya knyazı Cavanşirin diplomatiyası, Babək, Əbu Müslüm Xorasani, Cavidan ibn Sührək, Əbu İmran, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Şəms Təbrizi, Nəsirəddin Tusi və Elxanilər dövrünün tibb dahisi Mahmud Şirvaninin elmi irsi bədii dillə təhlil olunur.

Sacoğlu Yusif, Mərzban ibn Məhəmməd, Şeyx I İbrahim Dərbəndi, Cahanşah Həqiqi, Həsən padşah və Şah İsmayıl Xətai ilə Şah I Təhmasibin idarəçilik dövrləri tarixi romanda canlandırılır.

Romanın ən böyük özəlliklərindən biri tarixin kölgəsində qalmış qüdrətli Azərbaycan qadınları Şağab xatun, ilk diplomatımız Sara xatun, qəhrəman Əleykə Könüldaş xatun, Xatun Can bəyim, Məhdi Ülya və Səfəvilərin dəmir iradəli xanımı Pərixan Sultanın dövlət idarəçiliyindəki rolu müfəssəl təsvir olunur. Xaqani Şirvani, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sadıq bəy Sadiqi, Qurbani, Molla Pənah Vaqif, Cavad xan Ziyadoğlu Qacar, Hacı Çələbi xan, Koroğlu, Heydərqulu xan və böyük Əfşar imperiyasının qurucusu Nadir şah daxil olmaqla Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar, Abbas Mirzə, II Şah İsmayıl, Məhəmməd Xudabəndə və haqqında bu günə qədər məlumat olmayan nadir şəxsiyyətlər barədə romanda geniş məlumatlar əks edilib.

Alim bildirib ki, kitabda eyni zamanda Şərq fəlsəfəsinin, irfan məktəbinin, riyazi və kosmik şifrələrin, eləcə də qədim tibb elminin nəhəng irsi bədii dillə dərindən təhlil olunur:

“Öz güzgüsü olmayan millət başqalarının ona biçdiyi obrazda yaşamağa məhkumdur” ideyasını aşılayan roman hər bir oxucuya kino ssenarisi və film kimi təqdim edilir. Kitabı oxuyaraq 5 minillik tariximizə səyahət edə bilərsiniz”.

764 səhifəlik kitabın baş məsləhətçisi təqaüddə olan hakim İsmayıl Abdurəhmanlı, redaktoru isə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi

Pərviz Ağalarovdur.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar