Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər

Baxılıb: 983     Tarix: 06-11-2026 11:21   

Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Qanunvehedef.az “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

“Yaxın günlərdə Əbu-Dabidə keçiriləcək danışıqları gözləyirik. Biz əsas diqqəti təhlükəsizlik məsələlərinə, etimadın möhkəmləndirilməsi tədbirlərinə və Zelenski ilə Putin arasında potensial görüşün mümkün gündəliyi üzərində cəmləşdirəcəyik”, - o bildirib.

Qeyd edək ki, 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək işçi səviyyəli danışıqlara ABŞ vasitəçilik edəcək.


Qanunvehedef.az





Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar