Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda bəzi yollar bağlanır

Baxılıb: 604     Tarix: 29-05-2018 10:45   
Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində, saat 23:00-dan səhər saatlarına qədər isə əks istiqamət üzrə üfiqi nişan lanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu barədə Qanunvehedef.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar