Xəbər lenti
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hacıqabulda Türk şəhidliyi lövhəsinin sökülməsi ilə bağlı AÇIQLAMA

Baxılıb: 513     Tarix: 30-05-2018 17:38   

Hacıqabul rayonu ərazisindəki Türk şəhidliyi lövhəsinin sökülməsi ilə bağlı TUMİB açıqlama yayıb. Qanunvehedef.az-ın xəbərinə görə açıqlamada deyilir ki, Azərbaycan - Türkiyə qardaşlığı tarixin dərinliklərindən, tək millət məfkurəsindən güc alan hər iki ölkənin də milli maraqları üçün vazkeçilməz olan stratejiq bir ortaqlıqdır. Azərbaycan və Türkiyə dövlətinin prezidentləri cənab İlham Əliyev və Recep Tayyib Erdoğan da ciddi səyləriylə iki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq, stratejik mütəffiqlik səviyəsinə yüksəlib. Ən az Azərbaycan qədər Türkiyədə də cümhuriyətimizin yüz illiyiylə bağlı simpozyumlar, konfranslar , yayınlar, anım tədbirləri oldu və yəqin ki, bu proses il boyu da davam edəcək. Heç şübhəsiz ki, 1918 - ci ildə Azərbaycanın milli istiqlalının temin edilmesində , dövlətimizin formalaşmasında Osmanlı yardımlarının, Qafqaz İslam Ordusunun rolu əvəzedilməzdir. Bu tarixi həqiqətlər haqqında dövlət rəhbərliyi çıxışlarında da dəfələrlə vurğulanıb. Vicdanı, milli şüuru olan hər kəs bunu bilir. Belə bir şəraitdə Azərbaycan istiqlalının memarlarından olan Qafqaz İslam Ordusu şəhidləriylə bağlı Hacıqabul rayonu ərazisindəki lövhənin yerindən sökülməsi anlaşılmaz, hər cür hiddət və etiraza layiqdir. Bu Azərbaycan - Türkiyə qardaşlığını istəməyənlərin təxribatından başqa bir şey deyil. Bu işi görənlər nəinki ölkəmizin hər hansı bir məmuru heç vətəndaşı da ola bilməzlər. Çünkü o şəhidlər bu torpaqların istiqlalı, azadlığı üçün şəhid olublar. Rayondakı səlahiyyət sahiblərindən ən qısa zamanda məsələylə bağlı bir açıqlama verməsini gözləyir, qardaşlığımıza, milli maraqlarımıza yönəlik bu hərəkəti şiddətlə qınayırıq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar