Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu imtahanda qadınlar kişilərdən daha çox uğur əldə edir - DİM

Baxılıb: 707     Tarix: 25-04-2018 13:08   
 Aprelin 22-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.
İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.
25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.
İmtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir.
İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.
Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Ümumi məlumat
Yaş intervalıQeydiyyatdan keçmişdirTest imtahanından uğurla keçibFaizlə (%)


20-2448326554.9
25-2971030543.0
30-342867927.6
35-391001818.0
40-4442716.7
45-491616.3
50-542015.0
55-591200.0
60-64300.0
Cəmi:167267640.4
Kişi və qadınlar üzrə məlumat
CinsiYaş intervalıQeydiyyatdan keçmişdirTest imtahanından uğurla keçibFaizlə (%)


Kişi20-2428614751.4
Kişi25-2944518742.0
Kişi30-341764626.1
Kişi35-3963812.7
Kişi40-4430413.3
Kişi45-491218.3
Kişi50-541417.1
Kişi55-591000.0
Kişi60-64200.0
Kişilər üzrə cəmi:103839438.0
Qadın20-2419711859.9
Qadın25-2926511844.5
Qadın30-341103330.0
Qadın35-39371027.0
Qadın40-4412325.0
Qadın45-49400.0
Qadın50-54600.0
Qadın55-59200.0
Qadın60-64100.0
Qadınlar üzrə cəmi:63428244.5
Yekun:167267640.4
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar