Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Baxılıb: 781     Tarix: 01-07-2025 15:18   

Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Modern.az-a Federasiyadan daxil olan məlumatda bildirilib.
Məlumatda o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Federasiya bu məsuliyyətli və şərəfli fəaliyyətində Fərid Əsgərova uğurlar arzulayıb.
Xatırladaq ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.
Fərid Əsgərov son təyinatadək polkovnik rütbəsində Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar