Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

POEZİYA - Mehri Seferli

Baxılıb: 912     Tarix: 30-06-2025 12:45   


  
          SƏNƏ

Çətindi yaşamaq inan ki sənsiz,
Oynama od ilə, köz ilə daha.
Gəlirsən görüşə, gəl bəhanəsiz,
Qoyma ürəyimi üzülə daha.

Sənə əmanətdi bu can, qoru sən,
Səpmə yollarıma buzu, çəni sən.
Mən nazlı çiçəyəm, indi arı sən,
Yandırma bağrımı köz ilə daha.

Alışan günəşəm, sönən deyiləm,
Gözlərim danışır, dinən deyiləm.
Vallah bu sevdadan dönən deyiləm,
Demirəm bu eşqi sən gizlə daha. 

   
        
 



{sape_links}{sape_article}