Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sürücülər üçün yayda bu vəziyyət təhlükəlidir

Baxılıb: 885     Tarix: 03-07-2025 11:57   

Avtomobili susuz vəziyyətdə idarə etmək sərxoş halda sürmək kimi eyni risk yaradır. Bu, ABŞ alimlərinin gəldiyi nəticədir.
Qanunvehedef.az Medicina.az-a istinadən xəbər verir ki, yeni bir araşdırmaya əsasən, susuz bir şəxs sərxoş sürücü kimi yol hərəkəti iştirakçıları üçün eyni təhlükə yaradır.
Susuz qalan sürücü də diqqətini itirir, bu səbəbdən də maşın sürərkən səhvlərə yol verir. 11 yetkin kişinin iştirak etdiyi təcrübələrin göstərdiyi kimi, bu, hətta kiçik dərəcədə susuzlaşmada da nəzərə çarpır.
Eksperimentin hər bir iştirakçısı üç seansdan keçib. Birincidə onlar avtomobili simulyatorda idarə etməklə tanış olublar, sonra avtomobili bədənin normal nəmləndirilməsi vəziyyətində, sonra isə susuzluqla idarə ediblər.
Məlum olub ki, tormozlama vaxtının düzgün hesablanmaması və ya zolağı təhlükəli şəkildə tərk etmək kimi xətaların yaranmasına məhz susuzluq səbəb olub.
Ona görə yayda sürücülər sükan arxasında su içməlidir.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar