Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampla Netanyahu nələri müzakirə edəcək?

Baxılıb: 772     Tarix: 01-07-2025 15:29   

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp Qəzza, İran və Suriyada münaqişəyə son qoyulmasını müzakirə edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Əsas mövzular Qəzza və İran olacaq. İsrail HƏMAS-dan güzəşt əldə etməsi üçün ABŞ-ın Qəzza danışıqlarında vasitəçi olan Qətərə təzyiq göstərməsinə çalışır. Səfər Vaşinqtonun Qəzzada müharibəni dayandırmaq və iki ilə yaxındır orada saxlanılan girovları azad etmək üçün artan səyləri fonunda həyata keçirilir. Səfər zamanı Netanyahu ABŞ-ın vitse-prezidenti, Dövlət Departamentinin rəhbəri və Pentaqonun rəhbəri ilə də görüşlər keçirəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və amerikalı həmkarı Trampla görüşəcəyi xəbərlərini təsdiqləyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar