Xəzər rayonunda "2 iyul Azərbaycan Polisi Günü"qeyd olunub
Baxılıb: 804 Tarix: 03-07-2025 11:36

İyulun 2-də Xəzər rayonunda Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü və Polis işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov, Xəzər rayon Mühafizə İdarəsinin rəisi, A.N.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, Xəzər rayon Ağsaqqallar Şurasının üzvü, sabit polis polkovniki Altay Mansurov, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları və kursanlar iştirak edib
Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov qonaqları salamlayaraq, peşə bayramı münasibəti ilə polis əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Polisinin keçdiyi tarixi yola nəzər salan E.Salahov, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini qeyd edib. Azərbaycan polisinin şərəfli yol keçdiyini və onun formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayan rayon rəhbəri, yaranma tarixi ötən əsrin iyirminci illərinə təsadüf etsədə, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il may ayının 24-də imzaladığı Sərəncamla 2 iyul - "Azərbaycan Polisi Günü" kimi qeyd edilir.
Bu gün ölkəmizdə mövcud olan yüksək ictimai-siyasi sabitliyin yaranmasında mühüm rol oynayan, milli maraqları və dövlətçilik mənafelərini daim uca tutan Azərbaycan Polisi ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Daha sonra çıxış edən Soltan Məmmədov, Namiq Əhmədov, Əli İbrahimov, Canpolad Daanov və digər natiqlər cəmiyyətimizin bütün sahələri üçün vacib olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin peşə bayramını təbrik edib, ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, daxili işlər orqanlarının milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülmüş mühüm işlərdən danışıblar.
Tədbirdə 2 iyul – Polis işçilərinin Peşə Bayramı Günü münasibətilə və xidməti vəzifələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə bir qrup polis əməkdaşı və kursant Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif olunublar.
Ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirildiyini, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırıldığını vurğulayan polis əməkdaşları, onlara göstərilən etimadı doğruldacağını və bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcəklərini qeyd etdilər.
Sonda xatirə şəkili çəkilib.
Qəni Hüseynov



Ən çox oxunanlar
Son xəbərlər