Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Milyonlarla maddi maraq azərbaycanlıdan üstün ola bilməz”

Baxılıb: 649     Tarix: 01-07-2025 14:34   

“Yekaterinburqda baş verən faciənin siyasi, iqtisadi, insani tərəfləri bir yana, məni başqa məsələ də düşündürdü. Sıradan azərbaycanlının qətlinə dövlətin bu cür reaksiyası bir ilkdir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə yazıçı İlham Əziz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu o deməkdir ki, dövlət adi vətəndaşını belə kimsəsiz qoymur: “Özü də dünyanı qorxu içində saxlayan imperiya qarşısında. Bu həm də o deməkdir ki, istənilən azərbaycanlı bundan sonra özünü xaricdə amanda və dövlət himayəsi altında hiss edəcək.
Başqa ölkədə uzun müddət yaşayan adam kimi demək istəyirəm ki, bu möhtəşəm hissdir. Bu hiss insanı daha çox çalışmağa və məsuliyyət dərk etməyə sövq edir.
Yüz illərdir “müstəqillik” deyib dad vuran babalarımızın və atalarımızın nəyə görə can verdiklərini indi daha çox hiss edirik.
Milyonlarla maddi maraq azərbaycanlıdan üstün deyil, ola da bilməz. Dövlət əxlaqı budur. Bunu yaradanlara minnətdar olmalıyıq!
Müstəqillik, suverenlik, dövlət olmaq budur, cənablar!
İndi xaricdə yaşayan hər bir azərbaycanlı özünü Azərbaycan dövlətinin bir hissəsi və canlı bayrağı saymalıdır!”

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar