IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti dinləmələri Xəzər rayonunda keçirilib
Baxılıb: 473 Tarix: 27-06-2025 11:22

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 24 iyun 2025-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə Xəzər rayonunun muğamsevər sakinləri iştirak ediblər. Müsabiqənin münsiflər heyətində Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yer alıb.
Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar dəyərli münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirilir. IX “Muğam“ müsabiqəsi də Azərbaycan muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutudur. Müsabiqənin növbəti dinləmələrinin Bakının Xəzər rayonunun qədim və zəngin tarixə malik olan Mərdəkan qəsəbəsində keçirilməsi sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanıb.
Qəni Hüseynov






Ən çox oxunanlar
Son xəbərlər