Xəbər lenti
22/11/2024 [11:43]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Abbasovun qohumu aptekdə "Tramadol" satırmış - MƏHKƏMƏ

Baxılıb: 490     Tarix: 31-05-2018 12:10   
Güclü təsir edən dərmanları qanunsuz satışı və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən sabiq nazir Əli Abbasovun qohumu Natiq Qasımov və onunla ittiham olunan Xatirə İmaməliyeva, Aidə Cəfərovanın məhkəməsi başlayıb.
 
Qanunvehedef.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 
N.Qasımov özünü qismən, X.İmaməliyeva ilə A.Cəfərova isə özlərini təqsirli bilmədiklərini deyib.
 
Daha sonra N.Qasımov sərbəst ifadə verib. O, dərman satışı ilə məşğul olduğunu deyib: "Amma həmin dərmanların lisenziyasının olub-olmadığını isə bilmirdim. Özümü yalnız güclü təsiri olan zəhərli maddələrin satışı  maddəsi ilə təqsirli bilirəm. Bunların reseptlə satıldığından xəbərim olmayıb. Dərmanları şirkətlərdən alırdım. Aidə ilə Xatirə işçilərim olub. Biri satıcı, digəri kassir kimi çalışırdı.
 
N.Qasımov dərmanları tanımadığı adamdan aldığını qeyd edib: "Dərmanların ağrıkəsici olduğunu bilirdim. Bunları ruhi xəstələr alırdı".
 
Məhkəmədə məlum olub ki, N.Qasımovun həyat yoldaşı da qanunsuz dərman satışı ilə bağlı ittiham edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona həbssiz cəza verilib.
 
A.Cəfərova da məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, dərmanları aptekdə  resept vasitəsi ilə satıb: "İşsiz idim. Həmin aptekə təzə işə düzəlmişdim. Bir həftə olardı ki, işləyirdim, sonra bu hadisə oldu. Mən işə gələndə həmin dərmanlar vitrində idi. Kim tərəfindən alındığından xəbərim olmayıb. "Tramadol" dərmanının satışından əlavə pul almırdım".
 
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib.
 
Təqsirləndirilən X.İmaməliyeva ifadəsində N.Qasımovun aptekində çalışdığını deyib və əlavə edib ki qanunsuz dərmanların aptekə gətirilməsindən xəbəri olub: "Natiq müəllimdən soruşdum. O mənə bunların lisenziyasının olduğunu bildirdi. Dərmanları aptekə kimin gətirdiyini görməmişəm"
 
Prokuor bildirib ki, X.İmaməliyeva ibtidai istintaqda "Tramadol" dərmanın satışından əldə edilən pulu kassaya vurulmadığını deyib.
 
X.İmaməliyeva həmin zaman həyacanlı olduğunu deyib.
 
Məhkəmə prosesi iyunda davam etdiriləcək.
 
Xatırladaq ki, Həbsdə olan N. Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.
 
Qeyd edək ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.
 
İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan - hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml",  3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex  N 30",  1 qutu "İmunitex N 30",  21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10",  sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1",  "Auqmentin suspenzia 70 ml № 1",  1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq  N 24",  1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut  Difenin 117 mq № 10",  1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu  "Validol 50 mq № 40", 1 qutu  "Preduktal MR 35 mq № 60", 1 qutu  "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.
 
KİV-də N. Qasımovun sabiq nazir Əli Abbasovun qohumu olduğu qeyd edilibшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar