Xəbər lenti
22/11/2024 [11:43]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müqəddəs ziyarətgahlara getmək asanlaşdı

Baxılıb: 536     Tarix: 31-05-2018 16:57   

AZAL müqəddəs ziyarətgahları daha əlçatan edəcək yeni reyslər açır.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər artıq AZAL-ın saytında satışa çıxarılıb.
AZAL-dan Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
Birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.
Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək. Həmçinin müqəddəs ziyarətgahları daha əlçatan edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar