Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prezidentin işdən çıxartdığı icra başçısı mühacirətə getdi - ŞOK İDDİA

Baxılıb: 817     Tarix: 01-06-2018 10:52   
Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov mühacirətə gedib.
Qanunvehedef.az bildirir ki,bu barədə İnterpress.az-a daxil olan özəl məlumatda deyilir.
Məlumata görə, sabiq başçı bir neçə gün bundan öncə ailəsi ilə birlikdə xarici ölkələrin birinə yola düşüb.
Mənbənin sözlərinə görə, X.İsgəndərov bununla bağlı icra başçısı postundan kənarlaşdırılandan sonra mühacirətə getdiyi xarici ölkədən sığınacaq da istəyib.
Qeyd edək ki, X.İsgəndərov Prezident İlham Əliyevin 2018-ci ilin 17 may tarixində imzaladığı sərəncamla vəzifəsindən kənarlaşdırılıb. O, 2012-ci ildə Binəqədiyə başçı gətirilmişdi.
Xatırladaq ki, İsgəndərov bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar