Azyaşlı yol polislərimiz iş başında - Foto
Baxılıb: 541 Tarix: 01-06-2018 14:57
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Qanunvehedef.az-a verdiyi məlumata görə, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin təşkilatçılığı, “ARB Günəş”in, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “SinemaPlus” kinoteatlar şəbəkəsinin, müəllim-valideyn komitələrinin, ictimaiyyət nümayəndələrinin dəstəyi ilə keçirilən tədbirdə avtomobillərdə daşınan uşaqlara hədiyyələr paylanılıb, sürücü və piyadlarla profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər verilib.
Tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği olub.
Aksiya çərçivəsində polis forması geyinən uşaqlar – yol polisinin gənc köməkçiləri hərəkət iştirakçılarını müxtəlif devizlər altında yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.
Paytaxtın bir sıra küçə və prospektində keçirilən tədbirdə hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir hərəkət iştirakçısı həssas olmalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsinin xüsusi vurğulandığı tədbirdə şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmaları tövsiyə edilib və necə hərəkət etmələri izah olunub. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır.

Ən çox oxunanlar
Son xəbərlər