Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qazaxıstan Azərbaycana aviareyslərin sayını azaldır

Baxılıb: 520     Tarix: 02-03-2020 10:38   
Qazaxıstan martın 5-dən etibarən koronavirus infeksiyası hallarının qeydə alındığı ölkələrə, o cümlədən Azərbaycana aviareyslərin sayını azaldacaq.
Report xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.
“Nur-Sultan-Bakı reysi martın 5-dən etibarən dayandırılacaq. Almatı-Bakı reysini beşdən birə endirəcəyik. Aktau-Bakı reysi yeddidən birə düşəcək. Nur-Sultan-Tokio aviareysi isə ikidən birə endiriləcək”, - B.Kamaliyev deyib.
Onun sözlərinə görə, yuxarıdakı reyslərə martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.



{sape_links}{sape_article}