Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zeytun Festivalında ikinci gün - Fotolar

Baxılıb: 934     Tarix: 24-10-2026 13:47   

Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqram vəd edir.

Qanunvehedef.az xəbər verir ki, Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim edir.

Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunub.

Bu günün konsert proqramında estrada ulduzları DJ Kamo, Rilaya, Mərdan Kazımov, axşam saatlarında isə Orxan Zeynallı, Xəyyam Nisanov və Zülfiyyə Xanbabayeva olacaq.

Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.

Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.

Festival oktyabrın 25-də də davam edəcək.

Fotolar: Pərvin Zeynal















Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar