Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Valideynlərə koronavirus xəbərdarlığı - RƏSMİ - VİDEO

Baxılıb: 546     Tarix: 10-03-2020 12:38   
Artıq hər kəsə bəllidir ki, Nazirlər kabineti yanında Operativ qərargah təhsil müəssisələrində martın 27-nə qədər tədrisin dayandırılmasına qərar verib. Lakin bəzi valideynlər bu tətildən istifadə edərək övladlarını istirahət mərkəzlərinə, kütləvi tədbirlərə aparır.
Qanunvehedef.az ATV-yə istinadla xəbər verir ki, mütəxəssislər bunun doğru olmadığını deyir.
Valideynlərə daha nələr tövsiyyə edilir?
"Təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılmasından istifadə edib valideynlər uşaqları əyləncə mərkəzlərinə, insanların kütləvi toplaşdığı yerlərə aparmamalıdır". 
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyir ki, tədris elə uşaqların bir-birindən ayrı olması, təmasını aradan qaldırmaq məqsədilə müvəqqəti olaraq dayandırılıb.
Səhiyyə nazirliyinin baş pediatrı Nəsib Quliyev valideynlərə uşaqları hələ ki daha çox ev şəraitində saxlamalarını tövsiyyə edir.
Onun sözlərinə görə, həmin müddətdə məktəblilər ev tapşırıqları ilə məşğul olmalıdırlar.
Nəsib Quliyev onu da bildirdi ki, dünya təcrübəsinə əsasən, azyaşlılar koronavirus xəstəliyinə nadir hallarda tutulur. Lakin hər bir halda valideynlər diqqətli olmalı və uşaqları kütləvi yerlərdən uzaq tutmalıdırlar.
Xatırladaq ki, təhsil müəssisələrində tədris martın 27-nə qədər dayandırılıb.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar